AZ

"Bloomberg"in keçmiş meneceri ailəsi ilə birlikdə ölü tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur "Bloomberg" informasiya agentliyinin keçmiş əməkdaşı Riçard Samarel ailəsi ilə birlikdə Cənubi Karolina ştatındakı malikanəsində ölü tapılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Onların məlumatına görə, qonşuları narahat olaraq polisə zəng ediblər və bundan sonra polis Riçardın, onun arvadı Linanın və doqquz yaşlı qızları Samantanın cəsədlərini aşkar edib.
Hadisənin təfərrüatı, cütlüyün və övladlarının bədbəxt hadisə və ya qətl nəticəsində öldükləri ilə bağlı açıqlama verilmir.
"Daha ətraflı məlumat müvafiq vaxtda açıqlanacaq", - deyə yerli şerifin ofisindən bildirilib.
KİV-in xəbərinə görə, cütlüyün digər övladları - başqa bir qızları və bir oğulları hadisə zamanı məktəbdə olublar.
Qəzetin yazdığına görə, Riçard Samarel əvvəllər "Bloomberg"də qiymətli kağızlar üzrə menecer vəzifəsində, Lina isə ABŞ Veteranlarla İş Departamentində çalışıb.
Seçilən
75
50
oxu.az

10Mənbələr