AZ

Daha bir ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ - Dağıntı və tələfat...


Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 1700 nəfərin yaşadığı Panqay şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. İlkin olaraq sunami təhlükəsi elan edilməyib.

Daha sonra ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi zəlzələnin nəticəsində Tonqa sahillərində sunami təhlükəsinin yarandığını elan edib. Qurumun məlumatına görə, yeraltı təkanların gücü 7,3 bal olub.

Seçilən
106
12
news24.az

10Mənbələr