AZ

ABŞ-nin idxal rüsumlarından əldə edəcəyi gəlir açıqlandı

ABŞ-nin 10 il ərzində idxal rüsumlarından əldə etdiyi gəlir təxminən 6 trilyon dollar təşkil edəcək.

“SeherXeber.org ” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.

Navarro əlavə edib ki, ABŞ təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacaq. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri alanlar üçün vergi güzəştləri tətbiq etmək niyyətindədir.

“Tariflər təxminən 600 milyard dollar gəlir gətirəcək, bu, 10 il ərzində təxminən 6 trilyon dollar deməkdir”.(Report)

Seçilən
77
15
seherxeber.org

10Mənbələr