Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 29-da və 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.