Demokrat.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bayram günlərində baş verib.
Məlumata görə, doğumu cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.
Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.
Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.
Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib.