AZ

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir - Kamaləddin Qafarov

Bakı. Trend:

Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyatakeçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatəedən işğal dövrü ilə məhdudlaşmır. Hələ XIX əsrin əvvəllərində çarRusiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixiAzərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki yüz ilərzində bu bölgənin bütün yerli sakinlərinə və ilk növbədəazərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvideportasiyalar, qətliamlar həyata keçirmişlər.

Bu sözləri Trend-ə açıqlamasındaMilli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərindəermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımıhadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir.“Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra tarixdə ilk dəfəolaraq, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına vətorpaqlarımızın bir əsrdən artıq davam edən işğalına milli hökuməttərəfindən siyasi qiymət vermək cəhdi edildi. Lakin Azərbaycandasovet hakimiyyəti qurulduqdan sonra milli əhəmiyyət kəsb edən birçox məsələlər kimi, “Mart qırğınları” mövzusu da ciddi qadağalaraltına düşdü. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdənsonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması vəhəqiqətlərin qlobal miqyasda dünyaya yayılması istiqamətində əsaslışəkildə işə başlanıldı”.

K.Qafarov Azərbaycan dövlətinin uzun illər ərzində göstərdiyi ciddisəylər nəticəsində bu gün artıq bütün dünya ictimaiyyətinin ermənimillətçilərinin tarixin müxtəlif mərhələlərində xalqımıza vəAzərbaycan ərazilərində yaşayan digər xalqlara qarşı törətdiklərietnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayətqədər məlumatlı olduğunu diqqətə çatdırıb: “Rusiyada baş vermiş1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarınıbolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilinmart ayından “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altındamaskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi iləBakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planıhəyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxilolan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dincsakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib,yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid vəqəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha daazğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davametdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digərbölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyatakeçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycanxalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digərmillət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığınavə miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimidəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 marttarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”Fərmanla azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətlisöyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart“Azərbaycanlıların Soyqırımı Günü” elan olundu”.

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixiQələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindənqurtardığını vurğulayıb: “Azərbaycan xalqı 2003-2020-ci illərərzində Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz gələcəyinaminə əzm və fədakarlıqla çalışaraq dövlətimizin gücünün,qüdrətinin daha da artmasına nail oldu. 2020-ci ilinsentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edənVətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala sonqoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gündavam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazibütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixiQələbəsi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə şanlı ordumuz həm də uzun illər boyunca bütün CənubiQafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı.Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizinruhlarını şad etdi”.

Məqalədə:
Seçilən
87
16
az.trend.az

10Mənbələr