Türkiyənin Azərbaycandakı səfirliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Ulusal.az xəbər verir ki, paylaşımda deyilir:
“1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür”.
1918-ci ildə Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
31 mart Azərbaycanlıların Soyqırımı günüdür#31MartAzərbaycanlılarınSoyqırımıGünü pic.twitter.com/3dWzPYHrXJ— Bakü İletişim Müşavirliği (@baku_iletisim) March 31, 2025