AZ

İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi

ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask Amerika Siyasi Cəmiyyəti ("America PAC") üzvlərinin görüşünə kəsilmiş pendir dilimini xatırladan papaqla gəlib.
BUTA.TV-ın Gazeta.ru-ya istinadən məlumatına görə, görüş Viskonsin ştatında keçirilib. Görüntülərdə Maskın səhnəyə qaçaraq çıxdığı və əlləri ilə baş geyimini tutduğu görünür. "Gəldiyiniz üçün təşəkkür edirəm. Papağım necədir?" - deyə iş adamı tədbirin əvvəlində soruşub. Daha sonra o, baş geyimini çıxarıb və imzalayaraq zaldakı insanlar tərəfə atıb. Qeyd edək ki, Amerika Siyasi Cəmiyyəti Mask tərəfindən 2024-cü ilin iyulunda yaradılmış ictimai təşkilatdır. "America PAC"in fəaliyyətinin əsas istiqaməti ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarı olmaq istəyən ABŞ vətəndaşlarının tapılmasıdır.  
Seçilən
16
1
buta.tv

10Mənbələr