AZ

Rusiya və Ermənistan arasında aqrosənaye mallarının dövriyyəsi 16% artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya və Ermənistan arasında aqrosənaye mallarının dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 16.2% artıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya-Ermənistan İşgüzar Şurasının genişləndirilmiş iclasında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
Onun məlumatına görə, Rusiyanın Ermənistana ixracı 9.7%, idxal isə 21.8% artıb.
"Rusiya hələ də Ermənistanın kənd təsərrüfatı məhsullarının idxal strukturunda əsas tərəfdaş ölkə olaraq qalır. Kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın bütün kompleksinin inkişafının ən güclü hərəkətverici qüvvəsidir", - deyə nazir müavini qeyd edib.
Seçilən
100
50
oxu.az

10Mənbələr