Çin Xalq Respublikasının Sədri Si Cinpin Hindistanı daha sıx əməkdaşlığa çağırıb.
Bu barədə NDTV telekanalına istinadla xəbər verilir.
O bildirib ki, iki ölkə arasında münasibətlər onların rəmzi heyvanlarının rəqsini - "əjdaha və filin tanqosu"nu xatırlatmalıdır:
"Qonşu ölkələr dinc yanaşı yaşamanın yollarını tapmalıdırlar. Əsas beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyət və koordinasiyanı dərinləşdirməyə, eləcə də sərhədyanı ərazilərdə sabitliyi birgə təmin etməyə hazırıq", - deyə o bildirib.
Mənbə: oxu.az