AZ

"Neuralink"dən görmə məhdudiyyətlilər üçün işıq: Plan təsdiqləndi

"Neuralink" innovativ şirkəti "Blindsight" çipini artıq 2025-ci ildə insan beyninə implantasiya etmək planlarını təsdiqləyib. ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənmiş bu neyrointerfeys hətta tamam görməyən insanlara da görmə qabiliyyəti qaytarmağı hədəfləyir.

hakimiyyet.az-ın Lenta.ru-ya istinadla məlumatına görə, bu barədə şirkətin sahibi İlon Mask bəyan edib.

Onun sözlərinə görə, "Blindsight" implantının yerləşdirilməsi ilkin olaraq görmə qabiliyyətinin qismən bərpasına səbəb olacaq, lakin zamanla çip "fövqəlbəşər görmə qabiliyyətinə" nail olmağa imkan verəcək.

Cihaz insan üçün infraqırmızı və ultrabənövşəyi spektrləri qavramaq, həmçinin radar dalğa uzunluqlarını tutmaq kimi inanılmaz imkanlar açacaq.

Tanınmış texnobloqer və investor Soyer Meritt də "Neuralink" şirkətinin artıq 2025-ci ilin sonunda "Blindsight" çipini ilk dəfə pasiyentin beyninə implantasiya etmək niyyətində olduğu barədə məlumat paylaşıb.

Qeyd edək ki, ötən ilin sentyabrında Mask "Blindsight" görmə implantının hətta anadangəlmə kor olan insanlara görmə qabiliyyətini qaytara biləcəyini elan etmişdi.

Seçilən
131
1
hakimiyyet.az

10Mənbələr