AZ

Keçmiş müavini İmamoğlu haqqında elə faktlar açıqladı ki…

İstanbul bələdiyəsində korrupsiya və rüşvətxorluq cinayətlərində təqsirləndirilən şəxslərə qarşı aparılan istintaq zamanı “şahid” ifadələrinə yenisi əlavə edilib.

Musavat.com xəbər verir ki, bu barədə iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzeti məlumat yayıb.

İstintaq çərçivəsində açıq şahid olaraq ifadə verən adlardan biri, 2009 və 2016-cı illərdə İstanbulun Beylikdüzü rayon bələdiyyəsində (həmin vaxt Əkrəm İmamoğlu bu rayonun meri olub-red.) müavin vəzifəsində çalışan Mehmet Zeki Çanakçı, Əkrəm İmamoğluna qarşı istintaqda yeni faktlar açıqlayıb.

Çanakçı Beylikdüzü bələdiyəsində tenderlərin keçiriləməsi zamanı ciddi qanun pozuntularına yol verildiyini bildirib.

O, xüsusilə bələdiyyəyə aid torpaq sahəsinin satışa çıxaırlması zamanı iştirak edən firmalar arasında əslində tender keçirilməsini və korrupsiya faktlarının mövcud olduğunu vurğulayıb.

Məbləği 200 milyona çatdırmaq üçün “Vira” layihəsinin tenderini açıq tenderə qoyduğunu və tenderin bu məbləğə çatmasını təmin etdiyini bildirən Çanakçı, “nədənsə tenderi Gül İnşaat qazandı” deyə söyləyib:

“Mən tender elan olunduqdan sonra kadastrın verillib verilmədiyi, tenderdə elan olunan məbləğin 35%-nin köçürülüb-küçrülmədyini araşdıracaqdım. Lakin buna imkan vermədilər. Əkrəm İmamoğlu vasitəsilə Adem Soytekinlə tanış oldum. O, əvvəllər İmamoğlunun adamı olub. Bununla belə, ona çoxlu vəzifələr verilib. Adəm Soytekin həm də Əkrəm İmamoğlunun “kassası” sayılır. Fatih Keleş də İmamoğlunun “kassa”larından biridir. Bələdiyyənin tenderlərindən qabaqcadan 10 faiz komissiya alınmışdı və bu pulu Fatih Keleş toplayacaqdı. Pulun hara getdiyini bilmirəm. İmamoğlunun bu işdə iştirak edən ən yaxın adamlarından biri Turan Taşkın Özer hazırda CHP millət vəkilidir. O, həmin vaxt İmamoğlunun qəbul otağının müdiri olub.

“Mehmet Murat Çalık, Fatih Keleş və Adem Soytekinlə birlikdə hərəkət edirlər”,-deyə Çanakçı sonda bildirib.

Seçilən
19
2
editor.az

10Mənbələr