AZ

Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İrəvanda martın 31-də Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

"Tərəflər Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə müqavilə layihəsinə toxunublar. Ermənistanın baş naziri və Almaniyanın prezidenti Cənubi Qafqazda sülh və stabillik naminə bu müqavilənin imzalanmasının vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.

Mənbə: oxu.az

Seçilən
72
14
oxu.az

10Mənbələr