AZ

Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI

Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.
 
Rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Seçilən
132
9
moderator.az

10Mənbələr