AZ

Sinqapurdan Azərbaycana pul köçürmələrinin həcmi 40% artıb

Ötən il Azərbaycana Sinqapurdan fiziki şəxslərin pul köçürmələrinin həcmi 3 milyon 876 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 1 milyon 107 min ABŞ dolları və ya 40% artıb.

Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Sinqapurdan köçürülmüş  fiziki şəxslərin pul köçürmələrinin həcmi 2 milyon 769 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Sinqapurun payı 0,4% təşkil edib. 2023-cü ildə isə bu göstərici 0,2% idi.

Seçilən
215
4
fed.az

10Mənbələr