AZ

Menecerin, həyat yoldaşının və qızının meyiti tapıldı

“Bloomberg”in keçmiş əməkdaşı Riçard Samarel ailəsi ilə birlikdə Cənubi Karolinadakı malikanəsində ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, polis narahat qonşuların zəngindən sonra martın 29-da səhər saatlarında Riçardın, arvadı Linanın və doqquz yaşlı qızı Samantanın cəsədlərini aşkar edib.

Polis hələlik hadisənin təfərrüatlarını, cütlüyün və övladının ölümünün qəza və ya qətl olub-olmadığını açıqlamayıb.

“New York Post”un məlumatına görə, hadisə zamanı cütlüyün digər uşaqları, başqa bir qızı və bir oğlu məktəbdə olub.

Seçilən
110
1
publika.az

3Mənbələr