1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun "Yaşma bağları" ərazisində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10 000 kv-luq elektrik cərəyan xəttinə toxunub.
Sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.