Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 299 müraciət üzrə 5,6 milyon manat texnika və avadanlıq təyinatlı güzəştli kredit verib.
İndex.az xəbər verir ki, 2 ay ərzində agentlik həmçinin kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 630 müraciət üzrə 6,9 milyon manat güzəşt vəsaiti ayırıb.
Hesabat dövründə qurum 802 kənd təsərrüfatı texnikası və avadanlığının satışını maliyyələşdirib. Bunun 245-i traktor, 557-s isə digər texnikalar olub.
2005-ci ildən bu il martın 1-nə qədər isə 89 381 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib. Bunun da 1 388-i taxılyığan kombayn, 222-si pambıqyığan kombayn, 19 879-u traktor, 67 892-si isə digər texnikalar olub.