AZ

Banqkokda zəlzələdə ölənlərin sayı artdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Banqkokda zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.
Bundan əvvəl 18 nəfərin həlak olduğu, 76 nəfərin isə itkin düşdüyünün hesab edildiyi bildirilirdi. Məlumata görə, ölənlərin çoxu Banqkokun şimalında Baş Auditor İdarəsinin tikilməkdə olan binasının çökməsi nəticəsində həlak olub.
Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 təşkil edib, ölənlərin sayı 3 000-ə yaxınlaşıb.
Zəlzələdən Tailand da zərər çəkib, güclü təkanlar Banqkokda və ətrafında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss edilib. Tailand hakimiyyəti ölkədə baş vermiş zəlzələyə dörddən üçüncü səviyyəni təyin edib, bununla da onu böyükmiqyaslı fəlakət kimi təsnif edib.
Seçilən
217
19
oxu.az

10Mənbələr