AZ

İsrail Qəzza zolağında hərbi əməliyyat zonasını genişləndirir

İsrail Müdafiə Qüvvələri (IDF) hücumu genişləndirdiyi üçün daha bir bölməni Qəzzanın cənubuna köçürür.

Editor.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. Nəşrin məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katzın bir müddət əvvəl HƏMAS-a qarşı elan etdiyi genişlənmiş hücum çərçivəsində Qəzza ərazisinə yeni bölmələr köçürülür.

“The Times of Israel” yazır ki, “Qəzza zolağının cənubuna bir gecədə intensiv zərbələr endirdikdən sonra İsrail Müdafiə Qüvvələri bölgəyə daha bir bölmə yerləşdirib”.
Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzzada Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatların bərpa olunduğunu elan edib. HƏMAS buna cavab olaraq bildirib ki, İsrailin döyüşləri bərpa etmək qərarı Qəzza zolağında qalan israilli girovları risk altında qoyur. Bu həftə İDF bölmələri artıq Qəzza zolağının cənub bölgələrinə doğru irəliləməyə başlayıb. Martın 31-də İsrail ordusu Misirlə sərhədə yaxın yaşayış məntəqələrində yaşayan fələstinlilərə evlərini tərk etmək əmri verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
87
50
editor.az

10Mənbələr