Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480.1 milyon manat təşkil edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 1.05% çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6.9%, son bir ildə isə 2.3% artıb.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.6% təşkil edib. Bu nisbət yanvarın sonuna da 1.6%, dekabrın sonuna 1.5%, ötən il fevralın sonuna isə 1.9% olub.