Türkiyənin məşhur aktrisası Aybüke Pusat TRT-də yayımlanan “Teşkilat” serialından çıxarılıb.Metbuat.az xəbər verir ki, buna səbəb aktrisanın boykot çağırışları ilə bağlı paylaşım etməsi olub. Bildirilir ki, Pusatın paylaşımı TRT-nin prinsiplərinə zidd olduğu üçün serialdan uzaqlaşdırılıb.Aybüke Pusat serialda “Neslihan” obrazını canlandırırdı.