AZ

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini ötdü

Martın 28-də Myanmada baş vermiş güclü zəlzələ nəticəsində 3 mindən çox insan ölüb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda 3 003 nəfərin öldüyü, 4 515 nəfərin yaralı olduğu və 351 nəfərin itkin düşdüyü məlumdur. Daha əvvəl 2,8 min nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, martın 28-də Cənub-Şərqi Asiyada güclü zəlzələ baş verib. Müxtəlif məlumatlara görə, onun maqnitudası 7,7-7,9 arasında dəyişib. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Mandalaydan təxminən 17,2 km aralıda, 10 km dərinlikdə olduğunu bildirib. Bunun ardınca 6,4 maqnitudalı ikinci zəlzələ də baş verib.

Seçilən
84
4
demokrat.az

2Mənbələr