Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbsdə saxlama müddəti uzadılıb.Bu barədə Yasamal Rayon Məhkəməsi qərar qəbul edib.Qərara əsasən, A.Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.Qeyd edək ki, Azər Qasımlı ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.