Ötən gün səfərdə “Neftçi” ilə qarşılaşan və 2:1 hesablı qələbəyə sevinən “Sabah” Azərbaycan kubokunda 40-cı qolunu vurub.
Arena.az xəbər verir ki, paytaxt klubunun yubiley topuna Pavol Şafranko imza atıb.
O, yarımfinalın “Neftçi” ilə ilk oyununda komandasının 2-ci qolunun müəllifi olub. Paytaxt təmsilçisi 40-ci topu 21-ci matçında vurub. Bunlardan 18-i evdə, 22-si səfərdə qeydə alınıb.
2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini də qazanıb.
Qeyd edək ki, Bakı klubu ilk kubok görüşünə 2017/2018-ci illər mövsümündə çıxıb.