AZ

Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb - VİDEO

Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Seçilən
97
50
news365.az

10Mənbələr