İlon Maskın ABŞ-ın federal bürokratiyasını tənqidi və ixtisar etmək siyasəti çox güman ki, tezliklə sona çatacaq, dünyanın ən zəngin adamının dövlət xidməti yaxın həftələrdə qanuni limitini tamamlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian"da material dərc olunub.
Bildirilir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə danışıb. "Onun idarə edəcəyi böyük bir şirkəti olacaq. O, nə vaxtsa geri qayıdacaq. Mən onu bacardığım qədər saxlayacaqdım", - deyə prezident vurğulayıb.
Məlumata görə, Mask Hökumət Effektivliyi Departamentindəki (DOGE) işini başa vurduqdan sonra xüsusi dövlət işçisi kimi təqaüdə çıxacaq.
"The Guardian" qeyd edir ki, Mask yanvar ayında Trampın komandasına yüksək səviyyəli işçi kimi qoşulandan bəri DOGE dövlət qurumları arasında məcazi və bir nöqtədə hərfi mənada “zəncirqıran mişarı” işlədir.
DOGE dövlət qulluğunda kütləvi ixtisara, USAID və dövlət tərəfindən dəstəklənən qlobal media orqanı olan "Amerikanın Səsi" kimi bütün agentliklərin ləğvinə səbəb oldu. Həmçinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təxminən 10000 işçi də işini itirdi. Bundan başqa, 56000 federal iş yeri ixtisar edilib. Maraqlısı da odur ki, böyük ixtisarlar zamanı heç bir xərc çəkilməyib.