İsrailin baş naziri Benyamin Netanyahu rəsmi səfərlə Budapeştə gəlib və burada macar həmkarı Viktor Orban ilə iki günlük danışıqlar aparacaq. Görüşdə Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlığın, o cümlədən iqtisadi sahədə inkişafı müzakirə edəcəyi gözlənilir.
Vətəninfo.az xəbər verir ki, səfər barədə “The Times of Israel” məlumat yayıb.
Budapeştdəki danışıqların mövzularından biri ABŞ prezidenti Donald Trampın Fələstin anklavının sakinlərini başqa ölkələrə köçürdükdən sonra Qəzza zolağının Aralıq dənizində beynəlxalq kurorta çevrilməsi təklifi ola bilər.
“Netanyahu Trampın Qəzza ilə bağlı planını təsdiq edəcək mümkün qədər çox ölkədən ibarət koalisiya yaratmağa çalışır”, – nəşrin mənbəsi bildirib.
Macarıstan İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında silahlı qarşıdurmanın əvvəlindən yəhudi dövlətinin tərəfində olub, özünü terror hücumundan müdafiə etmək hüququnu bəyan edib.
Bu, Netanyahunun Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) 2024-cü ildə qərarını elan etməsindən sonra Avropaya ilk səfəridir. Noyabrda o, Fələstin ərazilərində “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri”nə görə həbsə order verib.
Orban qərarı “absurd və biabırçı” adlandırıb. O, israilli həmkarını Macarıstanın məhkəmənin qərarına əməl etməyəcəyinə inandırıb.
Üstəlik, Netanyahunun səfərindən sonra Macarıstan BCM-dən çıxmaq üçün prosesə başlamaq qərarını açıqlayıb.