AZ

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 16%-dən çox azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 103,8 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 20,1 milyon ABŞ dolları və ya 16,2% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,16%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan ABŞ-yə 10,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 12,2% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-fevral aylarında ABŞ-dənAzərbaycana 93,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 21,2 milyon ABŞ dolları vəya 18,5% azalma deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.

Seçilən
102
11
az.trend.az

10Mənbələr