Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla İrlandiya arasındaticarət əməliyyatlarının həcmi 47,9 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 111,4 milyon ABŞ dolları və ya 34,5 dəfə çoxdur.
Hesabat dövründə İrlandiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,29%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan İrlandiyaya109,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eynidövründə isə sözügedən ölkəyə Azərbaycandan ixrac əməliyyatlarıqeydə alınmayıb.
Eyni zamanda, hesabat dövründə İrlandiyadan Azərbaycana 5,6milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ABŞ dolları vəya 68,2% artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.