1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hesab edir ki, Aİ 2025-ci ildə Kiyevə iki milyon mərmi tədarük edə biləcək. Bunun üçün beş milyard avro tələb olunacaq və o, ittifaq ölkələrinin bu məbləği toplaya biləcəyinə ümid edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Kallas bunu Polşada bir sıra Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunları üzrə deyib.
"Zelenski bildirdi ki, ona iki milyon mərmi lazımdır. Bu, təqribən beş milyard avro deməkdir", - deyə Kallas vurğulayıb.