Bakı. Trend:
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bir neçə direktoruvəzifəsindən azad edilib.
Trend xəbər verirki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, işdən çıxarılmalar çərşənbə günü ABŞ PrezidentiDonald Tramp və sağçı fəal Lora Lumer arasında keçirilmiş görüşünbirbaşa nəticəsi olub. Lumer görüş zamanı Trampa bir neçəyüksəkrütbəli məmurun ölkə rəhbərliyinə xəyanət etdiyini iddia edibvə onların işdən çıxarılmasını tələb edib.
Agentlik bildirir ki, Lumer, həmçinin, Trampa ABŞ prezidentininmilli təhlükəsizlik üzrə köməkçi müavini Aleks Vonqun işdənçıxarılmasını tövsiyə etsə də, CNN-in məlumatına görə, o, hələlikvəzifəsində qalır.
CNN-in məlumatına əsasən, vəzifəsindən azad edilən şəxslərarasında kəşfiyyat direktoru və hazırkı dövlət katibi MarkoRubionun Senatın Seçilmiş Kəşfiyyat Komitəsində keçmiş əməkdaşı,eyni zamanda ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk UolsunKonqresdə qanunvericilik üzrə direktoru vəzifəsində çalışmış BrayanUolş, əvvəllər Konqresdə Milli Təhlükəsizlik Departamentinindirektoru vəzifəsində olmuş Tomas Bou və ABŞ-nin MilliTəhlükəsizlik Departamentinin baş direktoru Devid Feyt də var.