Rusiyanın Kareliya Respublikasındakı "Oneqa" gəmiqayırma və gəmi təmiri zavodunda qaz balonu partlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Artur Parfençikov bildirib.
Yanğın zamanı 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır. Yanğının sahəsi 1500 kv. m təşkil edir. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Xilasedicilər kvadrokopterlərin köməyi ilə zavod ərazisini yoxlayırlar.