Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
“Paralel.az ” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda qeydə alınıb.
İki metrobusun toqquşması nəticəsində 21 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə tıxaca səbəb olub.