AZ

Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsinin dəyişdirilməsinə tələsmir

Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Sisteminin (Fed) pul-kredit siyasətində əlavə düzəlişlər etməyə tələsməsinə ehtiyac yoxdur.

“Report” xəbər verir ki, tənzimləyicinin saytında dərc edilmiş bəyanatında Fed-in sədr müavini Filip Cefferson belə hesab edib.

“Hazırkı vəziyyətdə monetar siyasət qarşılaşdığımız risklər və qeyri-müəyyənliklərlə mübarizə aparmaq üçün yaxşı hazırlanıb. Ticarət və immiqrasiya, büdcə siyasəti və tənzimləyici mühitdə əhəmiyyətli dəyişikliklər davam edir. Monetar siyasətin gələcək istiqamətini planlaşdırarkən bu dəyişikliklərin ümumi təsirini qiymətləndirmək son dərəcə vacibdir”, – o bildirib.

Cefferson bu il Amerika əmək bazarında “mülayim zəifləmə” gözləyir və qeyri-müəyyənliyin qorunması və ya güclənməsi şəraitində iqtisadi fəallığın yavaşlaması ehtimalını görür.

Qeyd edək ki, Fed martda faiz dərəcəsini illik 4,25 – 4,5 % diapazonunda saxlayıb. 2024-cü ilin sentyabrından faiz dərəcəsi 1 faiz bəndi azaldılıb.

Tənzimləyicinin növbəti iclası 6-7 may tarixlərində keçiriləcək. Treyderlər bu iclasda faiz dərəcəsinin dəyişməsini gözləməyəsələr də, iyunda onun azaldılması ehtimalını 80 %-dən çox qiymətləndirirlər.

Seçilən
7
3
report.az

8Mənbələr