AZ

Kanada ABŞ-dən avtomobil idxalına 25% tarif tətbiq edəcək

Bakı. Trend:

Kanada hökuməti Şimali Amerika ticarət müqaviləsi USMCA (CUSMA)ilə əhatə olunmayan bütün ABŞ avtomobil idxalına 25% rüsum tətbiqedəcək.

Trend xəbər verirki, bu barədə aprelin 3-də Baş nazir Mark Karni məlumat verib.

"Kanada ABŞ-nin tariflərinə cavab verəcək. Amerika tərəfininyanaşmasına uyğun olaraq, Kanada ABŞ-dən idxal edilən və USMCAticarət sazişinə uyğun gəlməyən bütün avtomobillərə 25% rüsumtətbiq edir", – deyə o bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasətikonkret olaraq Kanadaya yönəlməsə də, qlobal iqtisadiyyata mənfitəsir edəcək və dünya iqtisadi artımını zəiflədəcək.

Kanada hökuməti hesab edir ki, yeni idxal tarifləri Trampınbirinci prezidentlik dövründə apardığı ticarət danışıqlarına vəəldə etdiyi razılaşmalara ziddir.

Seçilən
220
50
az.trend.az

10Mənbələr