AZ

Ermənistanda ZƏLZƏLƏ oldu - Episentri Azərbaycanda yerləşib

Ermənistanda 3,1 bal gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ ötən gecə Qafan şəhərindən 16 km şimal-şərqdə baş verib.

Yeraltı təkanların episentri Azərbaycanda yerləşib. Episentrdə yeraltı təkanların gücü 4 bal olub. Zəlzələ Qafanda 2-3 bal gücündə hiss olunub.

Bizim.Media

Seçilən
212
3
bizim.media

10Mənbələr