Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.