Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFAMillətlər Liqasında ikinci oyununu keçirib.
Trend-inməlumatına görə, C Liqasının 4-cü qrupunda yer alan yığma VilnüsdəLitva seçməsinin qonağı olub. “Jalgiris” stadionunda təşkil olunanqarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-cidəqiqədə Nigar Mirzəliyeva vurub. İlk turda Monteneqro seçməsi iləqolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbəsayəsində xallarının sayını 4-ə çatdırıb. Millimiz növbəti matçınıaprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.