
Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi rəsmi saytında məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:04-də əhalisi 18 min nəfərdən çox olan Kimbe şəhərindən 182 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 49 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.