Bakı. Trend:
Aprelin 4-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdənbağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxsqismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.