AZ

Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanaraq götürülüb

Bakı, 5 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 qumbaraatan, 2 tüfəng, 56 patron darağı və 1579 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
101
23
azertag.az

10Mənbələr