AZ

ABŞ ordusunda böyük ixtisar: 90 min hərbçi işini itirə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ ordusunda şəxsi heyətin sayının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə military.com portalı müzakirələrin gedişi ilə tanış olan ABŞ Müdafiə Nazirliyinin üç rəsmisinə istinadən məlumat yayıb.
Mənbə iddia edir ki, söhbət 90 minə qədər hərbçinin işini itirməsindən gedir.
Qərar ABŞ-nin müdafiə naziri Pit Heqsetin Pentaqona büdcəni səkkiz faiz azaltmaq planını hazırlamağı əmr etdikdən sonra atılıb.
Qeyd olunub ki, hazırda ABŞ Silahlı Qüvvələrinin sayı təxminən 450 000 nəfərdir.
Seçilən
160
50
oxu.az

10Mənbələr