AZ

Fransanın Baş naziri Trampın Le Penə dəstəyini daxili işlərə müdaxilə kimi qiymətləndirir

ABŞ Prezidenti Donald Trampın Fransanın sağçı Milli Mitinq partiyasının həbsdə olan rəhbəri Marin Le Penə dəstək verməsi ölkənin daxili işlərinə qarışmaqdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu fikirləri Fransanın Baş naziri Fransua Bayru “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

“Bəli, müdaxilə dünyanın qanununa çevrilib. Birincisi, böyük siyasi müzakirələr üçün artıq sərhəd yoxdur. Burada baş verən hər şey Vaşinqtona ötürülür”, – o, jurnalistin məsələ ilə bağlı sualını cavablandırıb.

Bundan əvvəl Tramp Le Penin məhkum olunmasını “cadugər ovu” nümunəsi adlandırıb və onu azad etməyə çağırıb.

Qeyd edək ki, Paris məhkəməsi bazar ertəsi Le Peni parlament köməkçiləri ilə bağlı işdə dörd il azadlıq məhdudiyyətinə məhkum edib, bunun ikisində o, elektron bilərzik daşımalı olacaq (digər iki il şərti verilib). Paris məhkəməsinin hökmü onu 2027-ci ildə Fransa prezidenti seçkilərində namizədliyini irəli sürmək imkanından məhrum edib. Le Penin özü məhkəmənin qərarını siyasi adlandırıb.

Seçilən
261
33
nocomment.az

10Mənbələr