AZ

“Panatinaikos” “Qarabağ”ın legionerini transfer edəcək?

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə daha bir xarici klubun maraqlandığı məlum olub.

Bizim.Media xəbər verir ki, Monteneqro millisinin futbolçusu Yunanıstanın “Panatinaikos” klubunun diqqət mərkəzinə düşüb.
 

Yunanlar yay fasiləsində 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çalışacaqlar. Xatırladaq ki, daha əvvəl Marko ilə Xorvatiyanın "Dinamo Zaqreb" klubunun maraqlandığı bildirilirdi.


Yankoviçin "atlılar"la müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
218
38
bizim.media

10Mənbələr