Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılpaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.
Bizim.Media