AZ

Məşhur aktrisa yanğında həlak oldu

Sovet aktrisası Lyudmila Suvorkina 74 yaşında Moskvada yanğın zamanı dünyasını dəyişib.


News365.az xəbər verir ki, aktrisanın cəsədi aprelin 5-i axşam saatlarında Lesnaya küçəsindəki şəxsi mənzilində tapılıb.


Aktrisanın qonşuları onun tək yaşadığını bildiriblər. Onların sözlərinə görə, onun evində yanğın axşam saat 22:00 radələrində başlayıb. Sənətçinin üç otaqlı mənzilində baş verən yanğının sahəsi təxminən 20 kvadratmetr olub, lakin o, xilas ola bilməyib.

Seçilən
110
6
news365.az

10Mənbələr