Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın məktubuna cavab aldıqdan sonraTehran və Vaşinqton hələ də danışıqlar aparmayıblar.
Trend-inməlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçideyib.
"Biz öz fikrimizi bildirdik, ona görə də biz diplomatiyaya vədanışıqlar yoluna sadiqik, amma yalnız vasitəçilərlə. Əlbəttə,etiraf etmək lazımdır ki, indiyədək danışıqların heç bir mərhələsikeçirilməyib", - deyə o bildirib.
Qeyd edək ki, martın 7-də ABŞ prezidenti Donald Tramp İranın alidini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqlarınaparılması təklifi ilə məktub göndərdiyini açıqlayıb.