AZ

Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

Azərbaycanda çağırışa gedən

Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

Emlakbazari.az

E-saglam.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

E-saglam.az 


Seçilən
101
16
e-saglam.az

10Mənbələr