AZ

Mirzoyan gizlicə Dubaya gedib, azərbaycanlı rəsmi ilə görüşüb?

Ararat Mirzoyan məxfi şəkildə Dubaya gedib və orada Azərbaycan nümayəndəsi ilə qeyri-rəsmi əlaqə saxlayıb.

Axar.az-a istinadən xəbər verilir ki, belə bir iddianı Ermənistanın “Past” nəşri yayıb.

Nəşr əldə etdiyi məlumatla bağlı XİN-ə sorğu verib və Mirzoyanın BƏƏ-yə səfərinin niyə rəsmən elan edilmədiyinin səbəbini soruşub.

“Ermənistan Xarici İşlər Nazirliyi əvvəlcə Mirzoyanın Dubayda olmasını təkzib etməyə çalışdı, bir müddət sonra isə Mirzoyanın Dubayda olduğunu təsdiqlədi”, – nəşr yazıb.

Rəsmi açıqlamada bildirilib ki, Dubayda heç bir ölkənin nümayəndəsi ilə heç bir rəsmi görüş və ya qeyri-rəsmi əlaqə olmayıb.

Mənbə: globalinfo.az

Seçilən
131
3
globalinfo.az

10Mənbələr